21 Mart 2015 17:24
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda yanğın 6 uşağın həyatına son qoyub.

Publika.az Associated Press-ə istinadən xəbər verir ki, hadisə Bruklində baş verib .

Nyu-York yanğınsöndürmə xidmətinin rəisinin sözlərinə görə, daha iki nəfər ağır yanıq xəsarətləri alıb.

Məlumata görə, ölən uşaqıar 5 və 15 yaş arasında olublar. Onların eyni bir ailəniN üzvü olduqları ehtimal olunur.


Hadisə baş verən ərazidə 100-ə yaxın yanğınsöndürən çalışır. Polis hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.


Müəllif: