22 Mart 2015 17:54
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin ordusu ölkənin cənubunda özlərini “Banqsamoro” islam azadlığı döyüşçüləri adlandıran terror təşkilatına qarşı hücumlar təşkil edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, əməliyyatlar zamanı ən azı 140 terrorçu öldürülüb. Bununla bağlı ordu generalı Xoselito Kakilala məlumat verib. Onun szölərinə görə, bundan əlavə əsgərlər 12 döyüşçünü əsir götürüb, 53-ünü yaralayıb, 8 düşmən düşərgəs ələ keçirilib.

Kakilala qeyd edib ki, döyüşlərdə Filippin ordusunun 33 əsgəri xəsarət alıb.

Samir


Müəllif: