18 May 2014 23:20
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xalq Partiyasından prezidentliyə namizəd olan Aleksandr Klimenko namizədliyini geri götürüb.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, Klimenko ölkənin birinci postu uğrunda mübarizədən seçkiqabağı kampaniyanın favoriti hesab edilən milyardçı Petr Poroşenkonun xeyrinə geri çəkilib.

Poroşenkonun Poltava vilayətində seçki qərargahının rəhbəri Elena Zadorojnaya bildirib ki, Klimenko bu gün Poltava keçirdiyi mətbuat konfransında öz namizədliyini geri götürüb.

Nihad


Müəllif: