23 Mart 2015 14:35
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “General Motors” korporasiyasının Almaniyadakı törəmə müəssisəsi olan “Opel” avtomobil istehsalı şirkəti Rusiyada onun məhsullarına tələbatın kəskin azalması ilə əlaqədar bu ölkəni tərk edir.

Teleqraf.com-un Azərtac-a istinadən məlumatına görə, “Opel”in rəhbəri Karl-Tomas Noyman bu günlərdə bildirib ki, Sankt-Peterburqdakı zavodda istehsal 2015-ci ilin sonunda dayandırılacaq.

Dpa agentliyi Karl-Tomas Noymandan sitat gətirərək yazır: “Biz öz biznesimizi qoruyub saxlamaq üçün Rusiyada qətiyyətli tədbirlər görməli oluruq”.

Noyman “Handelsblatt” qəzetinə müsahibəsində qeyd edib ki, konsernin rəhbərliyinin qənaətinə görə, Rusiya bazarında nəinki ən yaxın perspektivlər, hətta ortamüddətli və uzunmüddətli perspektivlər də kəskin pisləşib


Müəllif: