23 Mart 2015 13:33
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü artıra bilər.

"Report" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Berqe Brende məlumat verib.

"Düşünürəm ki, Norveç Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verə bilər. Hazırda Rusiya Aİ-yə 30 faiz, biz isə 20 faiz qaz tədarük edirik. Biz qaz təchizatını yaxın illərdə artıra bilərik", - deyə Brende Aİ-nin enerji təhlükəsizliyinin müzakirəsi zamanı bildirib.

Öz növbəsində, energetika və iqlim üzrə Avropa komissarı Migel Arias Kanyete Xəzər regionundan Aİ-yə etibarlı qaz tədarükü marşrutları hazırlanmasının vacibliyini vurğulayıb.


Müəllif: