23 Mart 2015 14:59
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Deranın şimalındakı İnhal bölgəsinə raket hücumu təşkil edib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı aralarında qadın və uşağın da olduğu 7 nəfər öldürülüb. Həmçinin hadisədən sonra xəstəxanalara çoxu uşaq olmaqla 15 yaralının çatdırıldığı qeyd edilib.

Rəsmilər bu bölgənin müxalif qüvvələrin nəzarətdə olduğunu açıqlayıblar. Müxaliflər isə bombardman edilən ərazilərdə dinc sakinlərin xəsarət aldığını idia ediblər.

Samir


Müəllif: