23 Mart 2015 18:55

Türkiyənin Hatay bölgəsində 26 yaşlı Sərpil T. 1 yaşlı oğlu Oqtay və 1 yaşlı qızı Narınuru boğaraq öldürüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə baxış zamanı hər iki körpənin cəsədi aşkar edilib. İddialara görə, ərinin evdə olmadığı görən əsəbi qadın əvvəl uşaqlarını döyüb, daha sonra oları boğub.

Polis hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Hadisədən sonra açıqlama verən Sərpilim qaynı qardaşıgilin ailəsində heç bir problemin olmadığını deyib.

Samir


Müəllif: