23 Mart 2015 23:25
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənub-şərqində, Qazni əyalətində törədilən terror aktı nəticəsində 6 uşaq ölüb, azı 10-u yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident uşaqlar arasında kriket oyunu keçirilən zaman baş verib.


İlkin məlumata əsasən, idman meydançasında velosipedə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Xatırladaq ki, 2014-cü ilin noyabrında Əfqanıstanın Paktika əyalətində voleybol matçında törədilən terror aktı 45 nəfərin həyatına son qoymuş, 50 nəfərdən artıq insan xəsarət almışdı.


Müəllif: