24 Mart 2015 08:14
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı radikal “islamçı” briqada “Əhrar əş-Şam” rəqabətdə olduğu “Şükür əş-Şam” qruplaşması ilə birləşdiyini bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.

“Ceyş-əl Muhaccirin val-Ənsar” qruplaşmasının komandirlərindən biri olan əl-Şaminin sözlərinə görə, birləşmə üçün motiv rolunu “Əhrar əş-Şam”ın Suriyanın İdlib əyalətində təsir dairəsini genişləndirmək zərurəti oynayıb.

“Beləliklə, “ən-Nusra Cəbhəsi”nə qarşı (“əl-Qaida”nın Suriya qanadı –red.) daha təhlükəli rəqib meydana çıxmış olacaq. Başqa qruplaşmalarla birləşməkdə davam eləməklə onlar tədricən bərabər qüvvələr səviyyəsinə gələcək” – deyib əl-Şami.

Qeyd edək ki, bütün bu qruplaşmalar İŞİD terror təşkilatı ilə düşmənçilik edir.


Müəllif: