24 Mart 2015 11:00
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatası prezident Barak Obamanın Ukraynaya silah ötürməyə çağıran qətnaməsini bəyənib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, sənədi 348 parlament üzvü dəstəkləyib, 48 nəfəri əleyhinə səs verib. Lehinə səs verənlər arasında həm respublikaçılar, həm də demokratlar olub.

Parlamentdə çıxış edən aşağı palatanın sözçüsü Con Boyner qətnaməni müsbət hal kimi qiymətləndirib: “Nümayəndələr Palatası Ukraynada böhranın həlli üçün hərbi yardımın göndərilməsinə böyük dəstək verir. Bu administrasiya tərpənməsə Rusiya təcavüzü cavabsız qalacaq”.

Qeyd edək ki, Moskva Ukraynanın şərqində münaqişədə bilavasitə iştirak etdiyini mütəmadi olaraq inkar edir. Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika silahlarının Ukraynaya tədarük planlarının Donbasda atəşkəs haqqında Minsk razılaşmalarının pozulmasına yönəldiyini bəyan edib.

Samir


Müəllif: