24 Mart 2015 14:50
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubunda Airbus A320 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "La Provence" məlumat yayıb. Xəsarət alanlar barəsində məlumat yoxdu. Təyyarənin Germanwings şirkətinə məxsus olduğu bildirilib. Təyyarə Düseldorfdan Barselonaya uçurmuş.

France24-ün məlumatına görə, Fransa prezidenti Fransua Olland qəza nəticəsində sağ qalanların olmadığını bildirib.

Qeyd edək ki, təyyarədə 142 sərnişin, 2 pilot və 4 ekipj üzvü olub.

Rüstəm


Müəllif: