24 Mart 2015 23:38
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kuba ilə bağlı bir sıra məhdudlaşdırıcı qərarları ləğv edib. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, sanksiyalar bir sıra şirkətlər, gəmilər və fərdi şəxslərin üzərindən götürülüb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı məlumatda bildirilir.

Sanksiyalar siyahısında 49 ad, o sırada 14 gəmi və 6 fərdi şəxs çıxarılıb. Yerdə qalanlar müstəsna olaraq ticarət və turist kompaniyalarıdır.

ABŞ-ın Maliyyə Nazirliyi hələ ki, sanksiyaların götürülməsinə şərh verməyib.


Müəllif: