25 Mart 2015 09:17

Türkiyənin Diyarbəkir şəhərində 9 yaşlı uşaq anasının “dərsini oxu” sözünə əsəbləşərək intihar edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 23.30-da radələrində baş verib. 9 yaşlı 3-cü sinif şagirdi F.İ. çizgi filmi izləməsinə anası etiraz edib. Ananın “Dərs oxu bir az, bəsdi çizgi filmi izlədin” deməsindən sonra oğlu otağına keçib.

Bir müddət sonra uşağının otağına gedən ana oğlunun çılçıraqdan asılmış bədəni ilə qarşılaşıb.

Uşağı xəstəxanaya aparılsada onu xilas etmək mümkün olmayıb.

Polis, hadisə ilə əlaqədar istintaqa başlayıb.

Rüstəm


Müəllif: