25 Mart 2015 00:29
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hökuməti Almaniyanın Germanwings aviaşirkətinin sərnişin təyyarəsinin Fransanın cənubunda qəzaya uğraması ilə əlaqədar üç günlük matəm elan edib.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə İspaniya hökumətinin başçısı Sorayya Saens de Santamariya bildirib.

Onun sözlərinə görə, matəm gecəyarısından başlayacaq. Səhər isə faciənin qurbanları anılacaq.

İspaniyadan Almaniyaya uçan А320 təyyarəsi dünən Fransanın dağlıq ərazisində qəzaya uğrayıb.

Təyyarədə 144 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan 45-i İspaniya vətəndaşıdır.

Nihad


Müəllif: