19 May 2014 10:53
448

“Yanukoviçin prezident seçilməsi səhv addım idi”.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov yerli telekanallardan birinə müsahibə verərkən söyləyib.

Onun sözlərinə görə, Yanukoviçin dövründə Ukrayna ordusu məhv edilib:

“Bizim əsas səhvimiz Yanukoviçi 4 il bundan əvvəl prezident seçməyimiz idi. Hələ onun dövründə Ukrayna ordusu, demək olar ki, tamamilə məhv edilib. Güc strukturları vətəndaşların təhlükəsizliyi ilə məşğul olmaq əvəzinə klanların maraqlarını qoruyurdu”.


Müəllif: