25 Mart 2015 14:36
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə yatırdığı investisiyalarla tanınan israilli dünyaca məşhur iş adamı Sami Oferin oğlu Dalya Oferin uzun müddət öncə islamı qəbul etdiyi üzə çıxıb.


Avropa.info xəbər verir ki, Ofer Türkiyə mətbuatına verdiyi açıqlamada 5 ildir müsəlman olduğunu bildirib.

Sami Oferin ölümündən sonra Dalya Oferin atasından qalmış 18 milyard dollarlıq sərvəti rədd etməsi ətrafında ciddi qalmaqal yaşanmışdı.


Sammi Ofer şirkətinin 52,4 faizlik qismini ikinci həyat yoldaşından olan, lakin üzünü heç vaxt görmədiyi oğlu Dalya Oferə miras buraxmışdı. Dalya Ofer "Ofer Qardaşlar Qrupu"nun rəhbərliyinə gəlmiş və 18 milyard dollarlıq sərvətin ortağı olmuşdu. Vəsiyyətə görə, Dalya ailənin içinə girdikdən sonra bu sərvətə sahib olacaqdı. Dalya Ofer həyatı boyu heç vaxt görmədiyi iki qardaşı Eyal Ofer və İdan Oferi beləliklə tanımış oldu. Qardaşlar arasında böyük bir irs davası başlayarkən Dalya Ofer qısa müddətdə "Ofer Holdinq"in prezidenti kürsüsündə oturdu. Ofer qardaşların arasındakı davanın böyüməsindən qısa müddət sonra Dalya Ofer atası Sami Oferin 18 milyard dollarlıq sərvətindən imtina etdi və holdinqdən istefa verdi.

Mediada yayılan məlumatlara görə, qardaşlar islamı qəbul etdiyi üçün Dalya Oferə sui-qəsd hazırlayırlarmış. Şirkət əməkdaşlarından Yasəf Beraha mətbuata verdiyi bəyanatında Dalya Oferin Dubay kral ailəsinin üzvü Xamdan əl-Məktum ilə illərdir görüşdüyünü və onun vasitəçiliyi ilə Məkkədə Ümrə ziyarəti edərək, islamı qəbul etdiyini açıqladı. Bəyanatda bildirilirdi ki, Dalyanın qardaşları Eyal və İdan bundan çox narahat olsalar da, Xamdan əl-Məktumdan çəkindikləri üçün ona heç nə edə bilmirlər. Həmçinin, Dalya Oferin holdinqə prezident olmasından yəhudi lobbisinin də narahat olduğu deyilirdi.


Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin məzunu olan Dalya Oferin Yaxın Şərq siyasəti üzrə dissertasiya müdafiə etmək üçün Türkiyəyə gəldiyi və bu zaman İstanbulu çox bəyəndiyi qeyd edilir. Ofer Türkiyədə bir siyasi partiyanın strategiya mütəxəssisi, iki holdinqin strategiya müşaviri kimi çalışıb və Türkiyəyə xarici investorlar gətirib, türk iqtisadiyyatına dəstək vermək üçün səy göstərib.

Dubay kral ailəsinin üzvü Xamdan əl-Məktumun Türkiyəyə investisiya qoymasının əsas səbəbkarının Dalya olduğu bildirilir.


Sadə, normal bir həyat sürdüyünü və belə yaşamaq istədiyini deyən Dalya Ofer humanitar yardım işləri və xeyirxahlığı ilə də tanınır.


Müəllif: