25 Mart 2015 16:12

“Boko Haram” terror qruplaşması Nigeriyada növbəti dəfə çoxlu sayda qadın və uşaq qaçırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə İŞİD terror təşkilatına bağlılığını elan edən “Boko Haram”ın 500 - ə qədər qadın və uşağı qaçırdığı bildirilir.

Beynəlxalq agentliklər “Boko Haram”ın Nigeriyanın şimalında yerləşən Damasak şəhərində 50- ə yaxın adamı öldürdüyünü xəbər verib. Qeyd olunur ki, təşkilat üzvləri qadın və uşaqları şəhərin ən böyük məscidinə zorla topladıqdan sonra qaçırıb.

İnsanların bir hissəsinin qaça bildiyi deyilir.


Müəllif: