25 Mart 2015 17:28
416

İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatları davam etdirir.

Teleqraf.com TASS agentliyiniə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, ölkənin şimal-şərqində gedən döyüşlər zamanı ən azı 30 terrorçu öldürülüb. Bunlardan 20-i Ramadi şəhəri yaxınlığında zərərsizləşdirilib.

Nazirlik hücumlar nəticəsində təşkilata məxsus xeyli zirehli texnikanın da partladıldığını qeyd ediblər.

Samir


Müəllif: