25 Mart 2015 23:30
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada qəzaya uğramış təyyarənin ikinci "qara qutusu" tapılıb. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.

O, Almaniya Kansleri Angela Merkel və İspaniyanın Baş naziri Mariano Rahoy Breylə birgə keçirilən mətbuat konfransında qeyd edib ki, ötən gün Fransanın cənubunda qəzaya uğramış "Airbus A320" təyyarəsinin ikinci registratorunun korpusu aşkar edilib.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.


Müəllif: