26 Mart 2015 03:37
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Ukraynaya 1,8 milyard avro məbləğində yardım paketini təsdiqləyib.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, deputatların böyük əksəriyyəti qərarın lehinə səs verib.


Hazırda vəsaitin ayrılması məsələsini Avropa İttifaqı Şurası həll etməlidir.


Xatırladaq ki, yanvarda Avropa Komissiyası Ukrayna iqtisadiyyatına yardım üçün 1,8 milyard avro ayrılmasını təklif etmişdi.


Müəllif: