26 Mart 2015 20:31
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya vəhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin Yəməndə hərbi əməliyyata başlamasına etiraz edib.

ANS PRESS-in məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi ərəb ölkələrinin Yəməndə hüsilərə qarşı başladığı əməliyyatdan dərin narahatçlıq keçirdiyini bəyan edib.

Suriya rəsmi agentliyi "Sana"-nın yaydığı məluamtda deyilir ki, Dəməşq Yəmənin suverenliyi və ərazi bütövlüyünün qorunmasını və buna hörmət edilməsini istəyir.

Qeyd edək ki, hüsilərin başladığı üsyan Yəmən prezidentinin ölkədən qaçması ilə nəticələnəndən sonra ərəb ölkələri onlara qarşı hərbi əməliyyatlara başlayıb.


Müəllif: