26 Mart 2015 23:35
456

IKEA xeyriyyə fondu BMT-nin qaçqınlarla iş üzrə agentliyi ilə birlikdə qaçqınlar üçün xüsusi evlərin layihəsini hazırlayıb.

Telelqraf.com xəbər verir ki, IKEA İsveç şirkəti ənənəvi palatkaların yaxşı alternativi olacaq daşınan sığınacaqların hazırlanmasına öz töhfəsini vermək qərarı verib. Tək belə yer 5 adam üçün hesablanıb. Damda günəş batareyaları yerləşdirilib, divarlar plastikdəndir, onlar gecələr istini saxlayır, gündüzlər isə onu içəri buraxmırlar.

İçəridə bütün rahatlıqlar var: mini-mətbəx, qatlanan çarpayılar, tualet. Bütün sığınacaqlarda işıq var. Belə evin xidmət müddəti - 3 ilə yaxındır. İlk prototipləri şirkət 2013-cü ildə nümayiş edib. O zamanda Efiopiya, İraq və Livanda 40 belə ev sınaqdan keçirilib.


Müəllif: