19 May 2014 12:09
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kramatorskda keçirilən anti-terror əməliyyatında Ukrayna güc strukturları cəld və amansız hərəkət edirlər”.

“Axar.az” xəbər verir ki, bu barədə ukraynalı hüquq müdafiəçisi Sergey Naumoviç Feysbuk şəbəkəsində yazıb.

“Xüsusi təyinatlılar cəld və amansız hərəkət edirlər. Separatçıları donuz kimi qovurlar. Hətta döyüş meydanında olan yerli sakinlər gülləyə tuş gəlməmək üçün yerə uzanırlar. Yaralı və öldürülmüş separatçılar yük maşınlarına yüklənərək aparılırlar. Bütün evlərin tavanları və zirzəmiləri axtarılır. Amansız şou gedir.

Buna görə də yerli sakinlərə döyüş gedən ərazilərə yaxınlaşmamaq tövsiyə olunur”, - deyə Naumoviç bildirib.


Müəllif: