19 May 2014 12:07
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə müraciət edib.

Teleqraf.com-un yaydığı məlumata görə, Lavrov ATƏT-dən LifeNews televiziya kanalının Kramatorskda saxlanılan jurnalistlərinin azad olunması üçün vasitəçilik missiyasını üzərinə götürməsini tələb edib.

Bəyanat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

“ATƏT-in sədri dərhal bu məsələ ilə məşğul olacağını dedi”, - deyə, bəyanatda bildirilir.

Qeyd edək ki, LifeNews telekanalının rəsmiləri əməkdaşlarının Kramatorskda Ukrayna hərbi qüvvələri tərəfindən saxlanıldığını bildirib.

“Telekanalımızın əməkdaşları mayın 18-də keçirilən hərbi əməliyyat zamanı saxlanılıb”, - deyə, telekanalın baş direktoru Aşot Qabrelanov bəyan edib.

Qabrelanov öz Twitter səhifəsində saxlanılan jurnalistlərin əliqandallı fotolarını yerləşdirib.

Ukrayna Müdafiə Nazirliyi Kramatorskda jurnalistlərin saxlanılması faktını təsdiqləyib.

Ülviyyə


Müəllif: