17 Aprel 2014 11:25

Ukraynanın Mariupol şəhərində separatçıların hərbi hissəyə hücumu nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb, 63 nəfər saxlanılıb.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər naziri əvəzi Arsen Avakov öz Facebook səhifəsində bildirib.

"Gecə Mariupolda Milli Qvardiyanın hərbi hissəsinə hücumla bağlı DİN əməliyyat keçirib. Hücum edənlərin sayı 300 nəfərə yaxın olub. Onlar hərbi hissə ərazisinə "Molotov kokteyli" və fişənglər atıblar. Milli Qvardiya xəbərdarlıq atəşı açıb. Xəbərdarlıqdan sonra qısa döyüş baş verib, quldurlar zərərsizləşdirilib", - DİN rəhbəri bildirib.

Onun sözlərinə görə, bu gün səhər daha bir silahlı qrupun zərərsizləşdirilməsi üçün əməliyyat davam etdirilib: "DİN əməkdaşlarından ölən və yaralananlar yoxdur. Hücum edənlərdən 3 nəfər həlak olub, 13 nəfər yaralanıb, 63 nəfər saxlanılıb. Onların silahları alınıb. Hücum edənlər Rusiya mobil operatorlarının rabitə vasitələri və telefonlarından istifadə ediblər. Saxlanılanların şəxsiyyəti müəyyən edilir".

Nihad


Müəllif: