19 May 2014 18:25
512

May ayının sonuna kimi Qara dənizdə NATO-nun üç gəmisi qalacaq.

ANS PRESS-in məlumatına görə, bunlar Fransanın "Sürkuf" freqatı, "Düpüi de Lom" kəşfiyyat gəmisi və ABŞ-ın "Vella Qalf" kreyseri olacaq.

Hazırda "Düpüi de Lom" kəşfiyyat gəmisi Bolqarıstanın Varna limanındadır. O, Qara dənizə mayın 14-də gəlib. Gəmidəki cihazlar çağdaş məlumat ötürmə növlərinin hamısını, o cümlədən elektron poçt ismarışlarını və mobil telefon danışıqlarını tutmaq imkanındadır.

"Sürkuf" freqatı 1996-2001-ji illərdə düzəldilmiş "Lafayet" tipli freqatlara aiddir. Su tutumu 3600 ton, heyət üzvləri 164 nəfərdir. Onda "Ekzoset" tipli qanadlı raketlər, göyərtə helikopteri yerləşdirilib.


Müəllif: