20 May 2014 10:42
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çin hərbi qüvvələrinin beş zabitinə qarşı Amerikanın nüvə, metal və günəş enerjisi istehsal edən şirkətlərinin əleyhinə iqtisadi casusluq ittihamı irəli sürüb.

Teleqraf.com-un Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Çin öz növbəsində bütün ittihamları rədd edib.

Qeyd edək ki, ABŞ, ölkə şirkətlərini hədəfə alan kibernetik casusluqda ilk dəfə olaraq, xarici dövlətə qarşı ittihamlar irəli sürür.


ABŞ-ın Baş prokuroru Erik Holder bildirib ki, Amerika Şanxayda Xalq Azadlıq Ordusunun Çin şirkətlərinə mühüm informasiya təqdim edərək, apardığı iqtisadi casusluq fəaliyyətini kəskin qınayıb.

Çinin Xarici İşlər nazirliyi bu ittihamları "əsassız və cəfəng" adlandıraraq qınayıb və bunun iki ölkənin hökumətləri arasında etibara zərbə vuracağını deyib. Bu bəyanatların ardınca, rəsmi Pekin etiraz olaraq Çin-ABŞ internet işçi qrupunun fəaliyyətini dayandırıb.

Çinin beş zabitinin ABŞ-da məhkəmə qarşısına çıxarılması məsələsi hələ də açıq qalır.

Baş prokuror Erik Holder rəsmi Pekinin Amerikanın məhkəmə sisteminə hörmət etdiyini və ittiham edilən hərbçilərin məhkəmə qarşısına çıxarılmasına icazə verəcəyinə inandığını deyib.

Ülviyyə


Müəllif: