20 May 2014 12:07
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somadakı mədən faciəsində atasını itirən 9 yaşlı İbrahim Ethemin atasının məzarına buraxdığı məktub ürəkləri dağladı.

Ölən 301 işçidən biri olan Kamil Çalın 9 yaşlı oğlu Ethəm məktubunda belə yazıb:

"Canım atam. Sən şəhid oldun. Bizdə şəhid balaları olduq. Somada 301 adam həyatını itirdi. Evlərə atəş düşdü. Bütün Türkiyə Somadaki faciədən danışır. Ata, yəqin ki, sən çıxışa yaxın idin, amma yoldaşlarını qurtarmağa çalışdın. Düşünürəm ki, sən əvvəlki kimi bizi görüb, hiss edirsən. Anama 3 nəfərlik əmanət buraxdın . Oğlun, qızın və yeni doğulacaq qardaşımız. Xalalarımın, əmilərimin, dayılarımın, anamın bacımın və doğulmamış qardaşlarımın salamı var. Sən bizi buraxıb getdin, amma pencəyinin cibindən 2 lira və darağını tapdıq . Onları saxladıq. Paltarlarını yoxsul insanlara verdik. İki pencəyini gələcək qardaşımla paylaşacayıq. Məkanın cənnət olsun. Rahat yat. Mən 10 yaşıma girəcəm. Bacım Sudə 6 yaşına girəcək. Gələcək qardaşımın adı isə Kamil Çal olacaq"...

Ülviyyə


Müəllif: