20 May 2014 12:36
5 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftənin gəlini toydan yığılan qızılları oğurlayaraq evdən qaçıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Biga bölgəsində baş verib. Məlumata əsasən, 22 yaşlı Sercan Yavuz 1 həftə öncə 19 yaşlı Ebru E. ilə ailə həyatı qurub. Ancaq cütülüyün xoşbəxtliyi elə bircə həftə çəkib. Ebru E. toydan yığılan hədiyyə və qızılları götürərək evdən qaçıb. Şəhər hüquq-mühafizə orqanalrına müraciət edən çarəsiz ər həyat yoldaşnın 4-cü qurbanı olduğunu öyrənib.

Bundan başqa, Sercan Yavuz aparılan araşdırma nəticəsində ailə həyatı qurduğu Ebru E.-nin nikahdan kənar gizli övladının da olduğunu öyrənib.


Sercan Yavuzun anası isə gəlinlərini hər şeyə rəğmən qəbul etdiyini deyib: "Övladım yerinə qoyub borc-xərclə toy etdim. Evdən qaçdığını öyrəndikdə atasına zəng etdik. "Ebrunu unudun",-deyə atası bizə cavab verdi. Qızın kəndinə getdik, hər kəsdən soruşduq. Məlum oldu ki, biz 4-cü qurbanıq. Mənim övladım bədbəxt oldu, kaş başqa övladlar bədbəxt olmasın".

Dəniz Əliyeva


Müəllif: