21 May 2014 09:50
1 517

Qanınız donacaq...

Qatil dedikdə, biz əli qana batmış, şəxsiyyət olaraq tam formalaşmış bir insan təsəvvür edirik. Lakin qatil uşaq dedikdə insanın qanı donur. Uşağın necə qatil ola biləcəyi ağla sığmır.

Beləliklə, sizə tarixin ən qəddar qatil uşaqlarının siyahısını təqdim edirik:

Meri Bell (26 may 1957)

Meri Bell Böyük Britaniyanın ən “məşhur” qızlarından biridir. O, 1968 ildə, 11 yaşında ikən 3 yaşlı Brayan Xoul və 4 yaşlı Martin Braunu boğaraq öldürüb.

Hər ikisinin meyiti tapıldıqda, bədənlərində müxtəlif kəsik, cırıq izləri aşkarlanıb, cinsi orqanları isə kəsilmişdi. Brayanın bədənində isə həm də “M” hərfi qeyd olunmuşdu.

Təhqiqat Meri Bellı dindirdiyi zaman, qız özünü ələ verərək, qətlləri təfərrüatları ilə danışıb. Vəkillər məhkəməni uşağın psixoloji durumuna diqqət çəkməyə çalışıblar. Belə ki, Merinin anası fahişəliklə məşğul olduğu üçün, qızını hələ 4 yaşından öz müştəriləri ilə cinsi əlaqəyə girməyə məcbur edirdi. Meri özü də bunu məhkəmədə danışıb. Lakin vəkillərin bütün səylərinə baxmayaraq, 11 yaşlı qız psixiatrik xəstəxanaya göndərilmək əvəzinə, 23 illik həbs cəzasına məhkum olunub. Hazırda o, azadlıqdadır.

Con Veneybls (13 avqust 1982) və Robert Tompson (23 avqust 1982)

Con Veneybls və Robert Tompson ömürlük həbs cəzasına məhkum olunublar. Belə ki, 12 fevral 1993 ildə 2 yaşlı Ceyms Bulqerin anası oğlunu ət dükanının qarşısında körpə arabasında qoyaraq dükana girib. Dönüncə isə uşağı tapa bilməyib...

Con və Robert həmin anda dükanın qarşısında həmişəki kimi xırda oğurluqla məşğul olurlar. Uşağı görüncə, yeniyetmələr onu qaçırmaq fikrinə düşürlər.

Oğlanlar uşağı dəmir yoluna gətirərək, üzərinə boya atır, taxta və dəmirlərlə vəhşicəsinə döyürlər. Daha sonra uşaq yeniyetmələr tərəfindən seksual təcavüzə məruz qalır. Yarı diri halda uşağı relslərə qoyub, qatarın onun üzərindən keçdiyini, Ceymsin öldüyünü görüncə, hadisə yerindən uzaqlaşırlar.

Alisa Bustamant (28 yanvar 1994)

15 yaşlı Alisa azyaşlı qonşusunu qətlə yetirərək meyiti gizlədir. Hadisə 21 oktyabr 2009 ildə baş verib. Qətl günü 9 yaşlı qonşusuna hücum çəkən Alisa qızı boğmağa çalışıb, daha sonra isə bıçaqla başını kəsib. Sonda isə bədəninin müxtəlif yerlərinə bıçaq zərbələri endirib.

Azyaşlı qatili dindirən polis zabitinin sözlərinə görə, Alisa özünü tez ələ verib. Meyiti gizlətdiyi yeri asanlıqla tapan 15 yaşlı qız, qonşunu qatil olmağın dadını çıxarmaq üçün öldürdüyünü bəyan edib.

Corc Yuniy Stinni (21 oktyabr 1929 – 16 iyun 1944)

16 iyun 1944-cü ildə ABŞ dünya rekordlarını qırıb. Beləliklə, rekord ən gənc cinayətkara qarşı ölüm cəzası tətbiq edib. Corc Stinni 14 yaşında ikən iki azyaşlı qızın – 11 yaşlı Betti Cun Binniker və 8 yaşlı Emma Teymsı qətlə yetirib. Meyitləri isə uçurumdan aşağı atıb.

Yeniyetmə qatil azyaşlı qızlara öldürmədən öncə ağır bədən xəsarətləri yetirərək, əzab verib. Qızların əlləri və ayaqları sındırılmış, kəllə sümükləri yarılmışdı.

Yeniyetmə qatil elektrik kürsüsündə öldürülməyə məhkum olunub. Qərar ABŞ-ın Cənubi Karolina ştatında həyata keçirilib...

Ardı var...

Ülviyyə


Müəllif: