21 May 2014 11:23
487

Ağ Evin rəsmi saytında Rusiyanın “Terrorçu ölkələr” siyahısına salınması barədə petisiya yerləşdirilib.

Qısa müddət ərzində petisiya 100 min nəfərdən çox insan tərəfindən imzalanıb. Maraqlı fakt ondadır ki, imza atanların əksəriyyəti ABŞ-dan kənarda yaşayan və Rusiyanı məhz terrorçu ölkə kimi tanıyan insanlar tərəfindən imzalanıb.

Teleqraf.com-un yaydığı məlumata görə, ABŞ hökumətinin petisiyaya rəsmən cavab verməsi üçün, yerləşdirilən gündən 30 gün ərzində ən azı 100 min insan tərəfindən imzalanmalıdır. Petisiya sayta cari ilin aprel ayının 23-də yerləşdirilib.

Bu arada, Rusiya mətbuatı yazır ki, ABŞ hökuməti heç də hər petisiyaya reaksiya vermir.

Petisiyada deyilir: “Rusiya Ukraynaya qoşun yeridərək, orada gizli terror əməliyyatları həyata keçirir. Bu da beynəlxalq terrorizm anlayışına uyğun addımdır”.

Hər hansı ölkənin “Terrorçu-ölkə” siyahısına daxil olunması o deməkdir ki, həmin ölkəyə qarşı ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq olunur.

Hazırda ABŞ administrasiyası İran, Suriya, Kuba və Sudanı terrorizmi maliyyələşdirən ölkələr siyahısına salınması barədə müzakirələr aparır.

Ülviyyə


Müəllif: