21 May 2014 12:23
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Avstraliya hökuməti Rusiya Federasiyasına qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən Avstraliyanın xarici işlər naziri Culi Bişop Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini, yeni maliyyə və viza məhdudiyyətləri tətbiq olunacağını bəyan edib.

Xarici işlər nazirinin sözlərinə görə, sanksiyalar Rusiya və Ukraynanın 11 şirkətinə və 38 vətəndaşına şamil olunacaq.

“ Rusiya, aprelin 17-də Cenevrədə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ukraynada gərginliyin aradan qaldırılması istiqamətində konkret addımlar atmalı və işğalçı fikirlərindən daşınmalıdır,” –deyə Culi Bişop ölkəsinin Ukraynanın şərqində baş verən hadisələrdən narahatlığını ifadə edib.

Qeyd edək ki, yenilərini tətbiq olunması ilə Avstraliyanın Rusiyaya qarşı sanksiya siyahısındakıların sayı 61 nəfərə çatıb. Onlardan 11-i hüquqi şəxslərdir.


Müəllif: