21 May 2014 15:21
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə qərarını açıqlayıb.

Misir məhkəməsi eks-diktator Hüsnü Mübarəki dövlət vəsaitini mənimsəmədə ittiham edərək 3 il həbs cəzası verib.

Məhkəmə Hüsnü Mübarəki üç il müddətinə həbsxanaya yollayıb.

“Eks-prezidentin iki oğluna qarşı da analoji ittiham irəli sürülərək, hərəsinə dörd il həbs cəzası verilib. Məhkəmə hər üçünə ümumi məbləği üç milyon dollara bərabər cərimə təyin edib və dövlətə vurduqları 17,6 milyon məbləğində zərəri ödəmələri haqqında qərar qəbul edib” - Associated Press yazıb.

2011-ci ilin fevralında 30 ilə yaxın hakimiyyətdə olan Mübarəkə qarşı Misirdə kütləvi çıxışlar başladı. Tezliklə o həbs edildi. İnqilabın əsas aparıcı qüvvəsi islamyönümlü “Müsəlman qardaşlar” hərəkatı olub. İndi eks-prezidentin 86 yaşı var. Səhhətinin pis olduğu üçün o, həbs müddətinin çoxunu xəstəxanada keçirib./oxu.az/


Müəllif: