21 May 2014 16:55
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşini vaxtında yerinə yetirmədiyinə görə 23 yaşlı oğlan üstünə qaynar su tökülərək yandırılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş verib. Qəhvəni vaxtında hazırlamadığı üçün üstünə qaynar su tökülərək yandırılan 23 yaşlı fələstinli xidmətçi ölkəsinin səfirliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Sadəcə iki aydır ki, Səudiyyə Əərəbistanında xidmətçi işlədiyi bildirilən gəncin yanmış bədənin fotoları sosial şəbəkədə yaxınları tərəfindən paylaşılıb.

Artıq hadisə ilə bağlı Fələstin səfirliyi rəsmi məlumat yayaraq, günahkar şəxslərin dərhal cəzalandırılmalı olduğunu açıqlayıb. Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: