17 Aprel 2014 15:37

Pətək Dinçöz keçmiş əri tərəfindən şantaj edildiyini və ondan yaxa qurtara bilmədiyini deyir.

Teleqraf.com xəbər verir ki, məşhur türk müğənnisi Pətək Dinçöz dünən "Söylemezsem Olmaz" proqramında keçmiş həyat yoldaşı Can Tanrıyarla yaşadıqlarından danışıb.

İki ildir mətbuata danışmadığını deyən Dinçöz artıq hər şeyə aydınlıq gətirəcəyini deyib: "Həyat yoldaşım tərəfindən fiziki zorakılığa məruz qaldım. Can Tanrıyardan yaxa qurtara bilmədim. Ərim tərəfimdən döyüldüyümü hər kəs bilirdi, amma hər zaman susdum. İndi anlayıram ki, susmaqla olmur. Aldığım bütün evləri ona verdim. Ondan canımı qurtarmaq üçün hələ də mübarizə aparıram. Yeni albom çıxarmışam, amma məni heç bir proqrama çıxmağa qoymadı. Porno kasetlə məni hədələyir. "O kasetdeki mən deyiləm" deyirəm. O isə "Hamı mənə inanar" deyir. Qazandığım bütün pulları məndən alır. Psixoloji müalicə alıram. Qorxumdam meşədə gizlənirdim. Mənə kömək edin. O insandan xilas ola bilmirəm. Baş nazirimizə səslənirəm. Əminə Ərdoğana səslənirəm".

Qeyd edək ki, Tanrıyar evli ola-ola müğənni gizli münasibət qurmağa başlayıb. Daha sonra isə o, həyat yoldaşından boşanaraq Pətək Dinçözlə ailə həyatı qurub.

Dəniz Əliyeva


Müəllif: