22 May 2014 10:43
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada hökuməti hədəf alan hücumlar təşkil edən təqaüdçü general Xəlifə Heftər Ali Məhkəməyə müraciət edərək gələcək yeni hökumətin qurulmasını tələb edib.

Benqazi və Trablusda silahlı hücumlar təşkil edən Xəlifə Heftər hökumətin "terroru dəstəklədiyini" söyləyib.

Müammar Qaddafi dövründə Baş qərargah rəisi olmuş Heftər Benqazidıki silahlı qruplara qarşı hücuma liderlik edib. Heftərə bağlı birliklər də bazar günü paytaxt Tripolida parlamentin binasını ələ keçirib.

Heftər eyni zamanda Liviyada "Müsəlman Qardaşları" kimi tanınan İslamçı qüvvələrin də sonuna çıxmaq barədə çağırış edib.

Ülviyyə


Müəllif: