22 May 2014 12:25
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Şimali Vəziristan bölgəsində ordu qüvvələri ilə Taliban silahlıları arasında baş verən qarşıdurmada 15 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, ordu rəsmilərinin verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində 11 terrorçu məhv edilib, əsgərlərdən də 4-ü həyatını itirib.

Qeyd edək ki, Pakistan hərbi hava qüvvələri dünən şəhər də Şimali Vəziristan bölgəsinə zərbələr endirib. Nəticədə 60 Taliban terrorçusu məhv edilib.


Müəllif: