17 Aprel 2014 17:01
2 431

Rusiya prezidenti Vladimir Putin bu gün "qaynar xətt" vasitəsilə sualları cavablandırıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Putinin çıxışı Rusiyanın "Birinci", "Rossiya1", "Rossiya24" kanalları ilə canlı yayımlanıb. Putin sual-cavab əsnasında şəxsi həyatı ilə bağlı sualları da cavalandırıb.

Verilişi aparan aparıcının "Sizinlə üç saatdır dünya gündəmindən bəhs edirik. Tamaşaçılarımızın çoxu sizin ailə vəziyyətiniz ilə də maraqlanır. Məsələn, "Putin yenidən nə vaxt evlənməyi düşünür?",- deyə sual göndərirlər" deməsindən sonra Putin bir an duruxub. Daha sonra o, deyib: "Öncə keçmiş arvadım Lyudmilanı yenidən evləndirməliyəm. Ancaq bundan sonra sıra mənə gələcək", - deyə zarafatyana cavab verib.

Qeyd edək ki, Putin Ukrayna məsələsinə də münasibət bildirib. Rusiya lideri Ukrayna məsələsi üzrə güzəştlərin Rusiya və ABŞ arasında deyil, Ukraynadakı siyasi güclər arasında tapılmalı olduğunu deyib. Putin ümid etdiyini bildirib ki, Ukraynada hərbi gücdən istifadə etməklə bağlı Rusiya Federasiya Şurasının ona verdiyi hüquqdan istifadə etməyə ehtiyac olmayacaq.


Dnestryanı ərazinin gələcəyi ilə bağlı dialoqu intensivləşdirməyi təklif edən Putin Moldova və Ukraynadan ərazinin blokadasına son qoymağı tələb edib. Rusiya prezidenti “beynəlxalq hüququn möhkəmləndirilməsi”nin vacib olduğunu dilə gətirib.

Dəniz Əliyeva


Müəllif: