23 May 2014 01:14
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentliyinə iddialılardan daha biri - Vasiliy Çuşko namizədliyini geri götürüb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, o, bu barədə mayın 22-də televiziya və radio vasitəsilə seçicilərə müraciətində bildirib.

O, deyib ki, prezidentin tez seçilməsi üçün gərəkən bütün addımlar atılmalıdır: "Çünki məhz legitim yolla seçilmiş prezident ölkənin şərqində etiraz aksiyası keçirənlərlə və xarici dövlətlərlə danışıqlar apara bilər".

Qeyd edək ki, bundan əvvəl Nataliya Korolevskaya və Oleq Tsarev namizəd kimi seçkidə iştirakdan imtina etmişdi. Daha sonra Zoryan Şiryak, Petr Simonenko və Petr Klimenko da namizədliklərini geri götürdülər.

Nihad


Müəllif: