23 May 2014 10:18
422

"Boko Haram" silahlı dəstəsi ötən gün kəndlərədn birinə təşkil etdiyi hücumda çox sayda ölən və yaralananlar olub.

ANS PRESS-in məlumatına görə, Nigeriyada "Boko Haram" qruplaşması silahlıları Borno əyalətinə bağlı bir kəndə hücum təşkil ediblər. Hücumda ən az 29 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Çukunqudoua kəndinə hücum edən silahlılar kəndi 4 saat müddətində mühasirə altında saxlayıblar.


"Qadınları və yaşlıları öldürdülər, güclü kişiləri və oğlan uşaqlarını qaçırdılar, 29 qohumumuzu basdırdıq, çox sayda da yaralı var" - deyə, hücumla bağlı məlumat verən kənd sakini Bakura Mustafa bildirib.


Kənd evlərini silahlardan atəşə tutublar.

Qeyd edək ki, Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram" silahlılarının təkcə bu il təşkil etdiyi hücumlarda 1500-dən çox adam ölüb.


Müəllif: