17 Aprel 2014 18:16

İordaniyada hərbi təlim keçən təyyarə qəzaya düşüb.

Teleqraf.com xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin rəsmi internet saytının yaydığı məlumata görə, bu səhər hərbi hava qüvvələrinə məxsus F-5 tipli təyyarənin qəzaya düşməsi nəticəsində pilot Əhməd Tukan həyatını itirib. Qəzanın nə səbəbdən baş verdiyi isə hələ açıqlanmayıb.

Qyd edək ki, 3 ay əvvəl də İordaniya hərbi hava qüvvələrinə məxsus F-16 tipli təyyarə qəzaya uğramışdı. Lakin pilot paraşütlə tullanaraq qurtula bilmişdi.


Müəllif: