Türkiyənin İstanbul valisi Hüseyn Avni Mutlu dünən Ok meydanında yaşanan hadisələrdə Uğur Kurtdan başqa daha bir adamın öldüyünü açıqlayıb.
Mutlunun sözlərinə görə, həyatını itirən digər vətəndaşın şəxsiyyəti müəyyən edilməyib.
Vətəndaşın partladılan bombanın qəlpəsindən öldüyü bildirilir.
Mutlunun sözlərinə görə, 8-i polis olmaqla, cəmi 9 nəfər yaralanıb.
Kurtun ölümünün ardından Okmeydanında keçirilən aksiyalara polis müdaxilə edib, polislə nümayişçilər arasında qarşıdurmalar yaşanıb.
Ülviyyə