17 Aprel 2014 18:54
536

Rusiya Federal Miqrasiya Xidməti başıbəlalı krım tatarlarını ikinci dəfə məhvə aparacaq qanun layihəsi hazırlayıb.

Aktual.az xəbər verir ki, “Parlament qəzeti”nin rəsmi saytında (http://www.pnp.ru/upload/uploaded_image/2014-04-13/86ScB_bde126.png) yerləşdirilən və “Krım tatarlarının köçürülməsi haqqında” qanun layihəsi adlanan sənədin Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski tərəfindən imzalandığı vurğulanır. Verilən fərmana əsasən, krım tatarlarının tutduqları “ qeyri-qanuni “(?) torpaqlardan təcili şəkildə köşürülməsi nəzərdə tutulur.

Nəşrin açıqlamasına görə, Rusiya rəsmi dövlət qurumunu bu addıma vadar edən krım tatarları liderlərinin son illərdə verdiyi bəyanatlardır.

Xidmət rəhbərliyi sənəddə, krım tatarlarının Rusiyanın dərinliklərinə- Kostroma, Rostov və digər vilayətlərə köçürülməsi xərclərini dövlətin öz üzərinə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, sənəd geniş auditoriyanın müzakirəsinə səbəb olub. Rusiyanın bəzi rəsmiləri belə sənədi absurd sayıblar və əlavə ediblər ki, Federal Miqrasiya Xidmətinin bu adda fərman imzalaması qeyri-mümkündür. Amma fakt-faktlığında qalır –sözügedən sənəd düz 1 gün ərzində www.pnp.ru saytının xəbər səhifəsində yer alıb, qalıb.

Həmin sənədi təqdim edirik:


Müəllif: