23 May 2014 17:46
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə siyasətçiləri və bir sıra KİV 300-dən artıq insanın ölümünə səbəb olan Soma hadisəsinin əsas təqsirkarını tapıb.

Verilən məlumata əsasən, hadisələrdə yəhudilər günahlandırılır.

Belə ki, hökumətyönlü “Yeni Akit” qəzetində yer alan yazıda deyilir ki, Soma mədəninin yiyəsinin kürəkəni yəhudidir.

Bundan əlavə, millət vəkili Burxun Kuzu da hadisədə “xarici yəhudi lobbisi”nin əlinin olduğunu öz Twitter səhifəsində qeyd edib.

“Bu hadisə, sadəcə Rəcəb Tayyib Ərdoğanı tənqid etmək üçün onların əlində bir vasitəyə çevrilir”, - deyə, o bildirib.

Antidiffamasiya Liqası (ADL) isə məsuliyyəti yəhudilərin üzərinə atmaq istəyən mətbuatı və siyasətçiləri qınayıb.

Dünyada antisemitizmin aradan qaldırılması üzərində çalışan Amerika Yəhudi təşkilatının bəyanatında isə deyilir: “Bu cür ehtimallar pərdəarxası bütün proseslərin yəhudilər tərəfindən idarə olunması ideyasını, antisemitizm üzərində vurğulayaraq, konspirasiya nəzəriyyəsinin əbədiləşdirilməsinə gətirib çıxaracaq”.

“Yeni Akit qəzetində dərc olunan əsassız və mənasız yazı, eyni zamanda millət vəkili Burxun Kuzunun bu cür fikirlər paylaşması Soma hadisələrinə görə məsuliyyəti üzərilərindən atmaq istəyindən irəli gəlir.
Biz baş nazir Ərdoğanı hadisələri yəhudilərlə bağlayan söhbətlərə son qoymağı tövsiyə edirik”, - deyə, ADL rəhbəri Eyb Foksman bəyan edib.

Ülviyyə


Müəllif: