23 May 2014 23:13
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Putinin Ukraynadakı prezident seçkiləri haqqında dediyi söz dünya mediasının manşetinə daşınıb.

Vladimir Putin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında Ukrayna xalqının seçiminə hörmətlə yanaşacaqlarını bildirib:

“Biz Ukrayna xalqının seçiminə hörmət edirik və əlbəttə ki, nə baş verəcəyini izləyəcəyik”.

Putin qeyd edib ki, referendum keçirmək, Konstitusiyada dəyişiklik etmək və bunun əsasında yeni hökumət formalaşdırmaq, yeni parlament və prezident seçmək daha yaxşı olar.

O bildirib ki, rəsmi Moskva yeni hökümətlə işləməyə də hazırdır və Ukrayna ilə aralarındakı qaz probleminin həllinə nail olacaqlarını da güman edir.

Qeyd edək ki, Ukraynada preziddent seçkiləri mayın 25-i keçiriləcək. Putin bu seçkilərin əleyhinə olub və bir neçə dəfə Putin Administrasiyası seçkiləri tanımayacağını bəyan edib. Ona görə də hazırda Rusiya prezidentinin bu açıqlaması heyrətə səbəb olub. /axar.az/


Müəllif: