25 May 2014 10:56
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin maliyyə nazirinin olduğu təyyarəni ildırım vurub.

Ankaradan Batmana səfər edən Türkiyənin Maliyyə naziri Məmməd Şimşekin də içində olduğu təyyarə ildırım vurma hadisəsi ilə üzləşib.

İldırım vurması "Anadolu Jet Havayolları"na məxsus təyyarənin Ankara Esenboğa hava limanından qalxdığı zaman baş verib. Bir anda nə olduğunu anlamayan bəzi sərnişinlər arasında çaxnaşma yaşanıb. Lakin sonra sərnişinlərə məlumat verilərək, narahat olmamaları bildirilib. Təyyarə isə hər hansısa bir problem olmadan Batman hava limanına enib.

Nazir hava limanına endikdən sonra verdiyi açıqlamada, həmin vaxt birdən-birə təyyarədə gurultu səsi eşitdiklərini bildirib.

Təyyarələrin ildırımdan təsirlənməməsi üçün tam təchizatlı və etibarlı olduğunu dilə gətirən Şimşək, heç bir problem olmadan Batmana endiklərini vurğulayıb./anspress/


Müəllif: