18 Aprel 2014 09:34

Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, məşhur kolumbiyalı yazıçı bu gün səhər saatlarında 87 yaşında Meksikada vəfat edib. O, pnevmaniyadan əziyyət çəkirdi.

Qabriel Qarsiya Markes Azərbaycan oxucularına "Yüz ilin tənhalığı",
"Gözlənilən bir qətlin tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Patriarxın payızı" və s. əsərləri ilə tanış idi.


Müəllif: