26 May 2014 01:11
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada növbədənkənar prezident seçkiləri beynəlxalq standartlara və ölkənin qanunvericiliyinə uyğun keçirilib".

Teleqraf.com-un xəbərinə görə, bunu Ukrayna Mərkəzi Seçki Komissiyası ( MSK) sədrinin birinci müavini Andrey Magera mətbuat üçün brifinqdə deyib.

"Prezident seçkisi baş tutudu və bu, fakt kimi qəbul edilməlidir", - o, vurğulayıb.

MSK-nın ilkin məlumatına görə, seçicilərin 60.76 % səs verib. Mayın 26-da seçkinin ilkin rəsmi nəticələrinin açılanacağı gözlənilir.

Nihad


Müəllif: