1 İyul 2015 11:05
624

Elektrik enerjisinin bahalaşmasına qarşı İrəvanın Baqramyan prospektində etiraz edən nümayişçilər Təşəbbüs Qrupu yaradıblar.

Teleqraf.com tert.am-a istinadən xəbər verir ki, Təşəbbüs Qrupu digər qruplarının fəaliyyətlərini əlaqələndirəcək. Bununla bağlı yeni yaradılmış qrupun üzvü Narek Ayvazyan məlumat verib. Onun sözlərinə görə, 10 nəfərlik qrupun hər bir nümayəndəsi digər kiçik qrupların üzvləridir və özlərinin də ayrı qrup yaratmaq səlahiyyətləri var.

Təşəbbüs Qrupu ictimai asayişin qorunmasına, ictimai, hüquqi və iqtisadi məsələlərə nəzarət edəcək.

Qeyd edək ki, aksiyalar iyunun 19-dan başlayaraq, ölkənin əksər bölgələrində keçirilir. Ən geniş aksiyalar İrəvanın Azadlıq meydanında və Baqramyan prospektində baş tutub.

Samir


Müəllif: