1 İyul 2015 22:13
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının spikeri Sergey Narişkin ATƏT-in Parlament Assambleyasının Finlandiyada keçiriləcək sessiyasında iştirak etməyəcək.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Finlandiya hökumətinin Narışkinə ölkəyə gəlməsi üçün viza verməməsi olub: “Təəssüf edirəm ki, həm ATƏT, həm də bu məsələdə prinsipial mövqe tuta bilməyib. Finlandiya hökuməti isə iradəsizlik göstərir”.

Finlandiyanın Rusiyadakı səfirliyi isə bunu Narışkinin Avropa Birliyinin sanksiyalar siyahısına daxil edilməsi ilə izah edib. Hadisədən sonra Rusiya AŞ PA-da iştirakdan imtina edib.

Samir


Müəllif: